Keyfiyyət və
müasirliyin qurucusuyuq
2019-cu ildən bəri yüksək keyfiyyətli inşaat, memarlıq və idarəetmə xidməti verən şirkətimiz Azərbaycanda kommersiya və yaşayış binalarının beynəlxalq standartlara uyğun tikintisi sahəsində ixtisaslaşan aparıcı şirkətlərdən biridir. Memarlıq üslubu ilə gözoxşayan və keyfiyyəti ilə seçilən möhtəşəm layihələrimizin arxasında zəngin təcrübəyə malik mütəxəssislərimizin qabaqcıl texnologiyalardan peşəkar istifadəsi dayanır.
Daim inkişafda olan şirkətimiz təmir və tikinti, idarəetmə, interyer və eksteryer dizayn və memarlıq həllərini özündə birləşdirərək layihələrinizə kompleks həllər təklif edir. Biz bizə həvalə edilən hər bir layihəyə fərdi yanaşır və özəl həll yolları ilə ideal nəticəni əldə etmək üçün çalışırıq.
Şirkətimiz istər inşaat, istər memarlıq və dizayn, istərsə də idarəetmə proseslərini daim nəzarətdə saxlayaraq başladığı layihələrini daim ən sərfəli və keyfiyyətli şəkildə sonlandırır və özk dəyərli müştərilərinin istifadəsinə verir.
Çünki biz müştərilərimizə ən uyğun və ən keyfiyyətli xidməti təqdim etmək üçün varıq.
Missiya: Böyük mütəxəssis komandamız sizin inşaat sektorunda yaranacaq bütün ehtiyaclarınızı qarşılamaq üçün “Mörtel” çətiri altında əl-ələ verdi. Komandamıza daxil olan hər bir üzvümüzün amalı öz fəaliyyətimiz, peşəkarlığımız, keyfiyyət və prinsiplərimizlə ideal nəticələrə doğru inamla addımlamaqdır.
Vizyon: Ən qabaqcıl texnologiyalardan ən peşəkar mütəxəssislərdən ibarət şirkətimiz həm də inşaat sektorunda öz yenilikçi həlləri ilə durmadan və yorulmadan irəliləyir. Biz daim inkişaf edirik. Üzünüzdə gülümsəməyə səbəb olmaq üçün.