TİKİNTİ VƏ İNŞAAT

Mörtel tikinti və inşaat işlərini müasir tikinti sənayesinin standart və normalarına tam uyğun olaraq həyata keçirir. Biz bilirik ki, istənilən növ tikinti və inşaat işi uzun vaxt, keyfiyyətli məhsul və xərc tələb edir. Bütün bunları balansda saxlayaraq mükəmməl nəticə əldə etmək üçün mütləq mütəxəssis köməyinə ehtiyac yaranır. Elə bu məqamda “Mörtel” öz komandası ilə köməyinizə çatır.

Mülki obyektlərin inşası
Şirkətimiz tərəfindən kommersiya binalarının, yaşayış binalarının və fərdi evlərin layihələndirilməsi və tikintisi işlərinin tam nəzarət altında reallaşdırılması işimizin keyfiyyətinə təminat yaradır. Biz sizin istəklərinizi ön planda tutur və sizin xəyallarınızı reallaşdırırq.

Sənaye inşaatı
Mörtel zavod və fabriklərin tikintisi üzrə ixtisaslaşmışdır. Tikinti prosesimiz mütəmadi olaraq mütəxəssis nəzarəti altında həyata keçirilir. Eyni zamanda inkişaf etmiş qabaqcıl texnologiyalardan istifadə olunması inşa etdiyimiz zavod və fabriklərin keyfiyyət və dəqiqliyindən xəbər verir.

Dəmir-beton konstruksiya
Funksiyasından və yerindən asılı olaraq hər layihəyə özəl olaraq hazırlanan dəmir-beton konstruksiyaların quraşdırılmasını tam təminatlı və güvənli şəkildə həyata keçiririk.

Metal konstruksiya
Sənaye və istənilən növ mülki obyektlərin metal konstruksiyalarının hazırlanması və quraşdırılmasını həyata keçiririk. Yüksəkliyindən,formasından, aşrımından asılı olmadan hər tip obyektlərin- sənaye obyektlərinin, ticarət və əyləncə mərkəzlərin,böyük zavodların,irihəcmli anbarların, stadionların, bunlarla yanşı fərdi evlər,ofis binalar kimi mülki obyektlərin metal konstruksiyalarının hazırlanmasını, boyanmasınını və tikinti sahəsində quraşdırılmasını yüksək peşəkarlıqla yerinə yetirən peşəkar heyətə sahibik.

Dəyərlər

Mörtel özünə güvənən və təcrübəli mütəxəssis heyəti ilə layihələrə peşəkar yanaşma göstərir. Şirkətimiz həm verdiyi xidmət, həm istifadə etdiyi məhsul baxımından hər addımında mükəmməlliyə biraz daha yaxınlaşır. Elə buna görə də, Mortel daima öz müştəriləri tərəfindən yüksək qiymətləndirilir.