Mörtel verdiyi memarlıq xidmətində gözəllik, keyfiyyət və funksionallığı birləşdirir. Görünüş qədər səmərəliliyin də vacib olduğunu bildiyimiz üçün bunu işimizin hər mərhələsində tətbiq edirik.
Təmir tamamlama işləri
Təcrübə və biliyi ilə öz sözünü demiş komandamızla təmir tamamlama işlərinin hər mərhələsini zərgər dəqiqliyi ilə həyata keçiririk.
Biz təmir prosesini ən mükəmməl formada tamamlamaq üçün istifadə etdiyimiz hər məhsulun keyfiyyətlisinə üz tuturuq. Başladığımız təmir prosesini səliqəli, dəqiq, keyfiyyətli və söz verdiyimiz vaxtda müştərilərimizə təhvil veririk. Sizə isə sadəcə gedişatı ürək rahatlığı ilə kənardan izləmək qalır.
İnteryer və eksteryer dizayn və memarlıq həlləri
Peşəkarlığımıza əsaslanaraq hər zövqə uyğun interyer və eksteryer dizaynı hər kəs üçün əlçatan edirik.
Bir məkanda özünüzü xoşbəxt hiss etmək üçün vacib olan bir neçə məqam var. İlk olaraq qapıdan içəri ilk addımınızı atdığınızda məkanın daxili aləmi sizin zövqünüzə xidmət etməli və sizi öz füsunkarlığı ilə sözün əsl mənasında ovsunlamalıdır. Siz burada öz daxili aləminizin əksini görməli və özünüzü bu məkana aid hiss etməlisiniz. Biz memarlıq və dizaynda öz sözünü demiş gözlədiyinizdən daha gözəl nəticələrlə qarşınızda oluruq.
Əlbəttə ki, hər şey gözəlliklə bitmir. Məkanın gözoxşayan olması ilə yanaşı sizin özünüzü rahat hiss etməniz və ehtiyaclarınızın ödənməsi vacibdir. Bu məqamda isə funksionallıq öz sözünü deyir. Məkanın sizin ehtiyaclarınızı ödəməsi üçün biz ilk olaraq sizi dinləyirik, sizin arzu və istəklərinizi öyrənirik. Daha sonra isə sizin üçün hazırladığımız eskizləri sizinlə birlikdə müzakirə edirik və hər detal dəqiqləşdikdən sonra işə başlayırıq.
Dəyərlər
Mörtel özünə güvənən və təcrübəli mütəxəssis heyəti ilə layihələrə peşəkar yanaşma göstərir. Şirkətimiz həm verdiyi xidmət, həm istifadə etdiyi məhsul baxımından hər addımında mükəmməlliyə biraz daha yaxınlaşır. Elə buna görə də, Mortel daima öz müştəriləri tərəfindən yüksək qiymətləndirilir.

Şəffaflıq
Şəffaflıq şirkətimizin təməlidir. Siz tam ürək rahatlığı ilə gedişatın hər bir mərhələsini izləyə bilərsiniz. Mörtel komandası sizi tam məlumatlandırmaq və beyninizdə yaranmış suallarınıza cavab tapmanıza kömək etmək üçün tam hazırdır. Sizin güvəninizi qazanmaq hər şeydən öncə gəlir.

Dəqiqlik
Dəqiq işləyirik. Söz verdiyimiz vaxtda işimizin təhvil verilməsi ilə yanaşı inşaat prosesi ərzində heç bir ləngimənin və səhvliyin baş verməməsi üçün yüz ölçüb, bir biçirik.

Keyfiyyət
Keyfiyyət işimizin əsas meyarıdır. Gözoxşayan mənzərənin sizə uzun illər həzz verməsi üçün biz keyfiyyəti özümüzə meyar seçmişik. İstər inşaat və tikinti zamanı istifadə olunan material, istər dizayn, istərsə də işçi heyətimizin seçimində keyfiyyətə xüsusi diqqətlə yanaşırıq.

Fərdi yanaşma
Biz müştərilərimizin hər birinə fərdi yanaşır, onların istəklərini səbir və diqqətlə dinləyirik. Biz sizin ehtiyaclarınızı və gözləntilərinizi qarşılayacaq layihələr reallaşdırırq.