İdarəetmə

İnşaat prosesində idarəetmə vacib məsələdir. Əgər idarəetmədə boşluqlar yaranarsa, və ya ümumiyyətlə idarəedici heyət yoxdursa, əminliklə demək olar ki, bu işin gedişatına təsirsiz ötüşməyəcək. Belə olduğu halda iş prosesində ləngimələr və nəticə olaraq işin təhvil verilməsi tarixində gecikmələr yaranacaq. İşə nəzarətin olmaması şübhəsiz işin keyfiyyətində də özünü göstərir. Şirkətimiz tərəfindən həyata keçirilən bütün layihələr isə peşəkar layihə menecerlərinin idarəçiliyi və nəzarəti altında tam dəqiqliklə həyata keçirilir. İdarəedici heyətimiz müştəri məmnuniyyətini daim ön planda tutur. Menecerlərimiz tikililərin layihələndirilməsindən işlərin sonlanmasına qədərki müddət ərzində həm də daim müştəri ilə əlaqədə olaraq işin dəqiqliyini nəzarət altında saxlayır. Qeyd etmək istərdik ki, şirkətimizin bir çox menecer və koordinatoru beynəlxalq dərəcəli treninqlərdə təlim keçmiş mütəxəssislərdir.

Dəyərlər

Mörtel özünə güvənən və təcrübəli mütəxəssis heyəti ilə layihələrə peşəkar yanaşma göstərir. Şirkətimiz həm verdiyi xidmət, həm istifadə etdiyi məhsul baxımından hər addımında mükəmməlliyə biraz daha yaxınlaşır. Elə buna görə də, Mortel daima öz müştəriləri tərəfindən yüksək qiymətləndirilir.